16 
Fev
2019
16:30
67
242
16186
Virtual karabakh

Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan - VİDEO

16 Fev, 2019
16:30
16186

Həbs olunmuş dünya çempionuna atmaca: Orada şeir yazarsan - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya çempionu Anar Süleymanov azadlığa buraxılması üçün apellyasiya şikayəti verib.

Oxu.Az xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov baxıb və Nərimanov rayon məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. 

Beləliklə, A.Süleymanovun fevralın 13-dən hesablanan 20 günlük həbs cəzası olduğu kimi qalıb. Prosesdən sonra A.Süleymanov məhkəmə önündə dostları ilə görüşüb video çəkdirib. Hətta kikboksçu, əməkdar məşqçi və əməkdar idman ustası olan Fuad Zeynalov ona zarafatla həbsxanada şeirlərini yazmaqda davam etməyini söyləyib.

Qeyd edək ki, 2016-cı ildən kikboksinq üzrə qadın millimizin baş məşqçisi olan Anar Süleymanov öz yetirməsi olan Şamama Bayramova ilə ötən ilin avqustunda ailə həyatı qurub. Lakin bu nikah çox davam etməyib. Evə içkili vəziyyətdə gələn Süleymanov ilə Bayramova arasında tez-tez dava düşürmüş. Bu üzdən tərəflər boşanmağa qərar verib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri