19 
Fev
2019
10:08
76
15
3174
Virtual karabakh

“Liverpul” “Bayern”ə, “Lion” “Barselona”ya qarşı - PREVYU

19 Fev, 2019
10:08
3174

“Liverpul” “Bayern”ə, “Lion” “Barselona”ya qarşı - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın daha iki görüşü keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərənin Liverpul və Fransanın Lion şəhərlərində iki matç baş tutacaq.

00:00 “Liverpul” (İngiltərə) – “Bayern” (Almaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)

Heç şübhəsiz ki, gecənin matçı məhz Mersisaydda baş tutacaq. Matçı prinsipial edən məqamlardan biri “Liverpul”un almaniyalı baş məşqçisi Yürqen Klopun Dortmund “Borussiya”sında işlədiyi vaxt əsas rəqiblərindən olan Münhen “Bayern”inə qarşı sınağıdır. Hər iki komanda hazırda ölkələrində ikinci pillədə yer alsa da, çempionluğa əsas favorit kimi göstərilir. Elə bu turnirdə də...

“Liverpul”da müdafiə xəttində problemlər çoxdur. Ayağı sınmış Co Qomes və sarı vərəqə limiti səbəbindən cəzalı duruma düşmüş hollandiyalı Vircil van Deykin oynamayacağı dəqiqdir. Həmçinin, xorvatiyalı mərkəz müdafiəçisi Deyan Lovrenin də zədəyə görə oynaması sual altındadır. Lovren kimi dünənki məşqdə braziliyalı Roberto Firmino da məşqdə olmayıb. Buna görə hücum xəttində Denyl Staricin oynayacağı ehtimal edilir. Bundan başqa, apreldə dizindən zədə almış Aleks Oksleid-Çeimberlin komanda ilə məşqlərə qoşulsa da, oynaması gözlənilmir.

Almaniya nəhəngində isə Jerom Boatenq (mədə pozqunluğu), Tomas Müler (qırmızı vərəqə) və fransalı Koranten Tolisonun (diz zədəsi) oynamayacağı dəqiqdir. Fransalı Kinqsli Koman və hollandiyalı Aryen Robenin isə oynaması dəqiq bilinmir.

Tərəflər indiyədək iki dəfə qarşılaşıb. Hər iki halda İngiltərə klubu qalib gəlib – 3:2 və 3:0.

00:00 “Lion” (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Lion”da Nabil Fekir cəzalı duruma düşdüyündən və 19 yaşlı hücumçu Amin Quirinin zədə səbəbindən oynamayacağı dəqiqdir. Belçikalı Ceyson Denayer və Tanqi Ndombelenin oynaması hələlik bilinmir.

Cütün favoriti göstərilən qarşı tərəfdə isə itkilər daha çoxdur. Braziliyalılar – Artur, Rafinya, hollandiyalı Yasper Silesen və belçikalı Tomas Fermalenin oynamayacağı artıq indidən bəllidir.

Tərəflər indiyədək altı dəfə qarşılaşıb. Yalnız iki dəfə heç-heçə qeydə alınıb. Qalan dörd matçda Kataloniya klubu qalib gəlib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri