20 
Fev
2019
13:14
47
106
2413
Virtual karabakh

Azərbaycanı seçən ukraynalı idmançıların sayı açıqlandı

20 Fev, 2019
13:14
2413

Azərbaycanı seçən ukraynalı idmançıların sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müstəqillik illərində 137 ukraynalı idmançı vətəndaşlığını dəyişərək, beynəlxalq yarışlara başqa dövlətlərin bayrağı altında çıxıb. 

Bununla bağlı məlumatı UNN agentliyinin sorğusuna cavab olaraq, Ukrayna Gənclər və İdman Nazirliyi verib. 

Bildirilib ki, 1993-2017-ci illərdə 47 idmançı Rusiyanı seçib. Siyahıda ikinci yeri Azərbaycan tutub. 25 ukraynalı idmançı müstəqillik illərində Azərbaycan vətəndaşlığını qəbul edib. İlk üçlüyü 12 idmançı ilə ABŞ qapayıb.

Bundan başqa, altı idmançı Türkiyəni, altı idmançı Belarusu, dörd idmançı Almaniyanı, dörd idmançı İsraili, üç idmançı Özbəkistanı və üç idmançı Portuqaliyanı seçib. 

Fransa, İtaliya, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Avstraliyanın hər birini iki, Yaponiya, Sloveniya, Xorvatiya, Avstriya, İsveç, Slovakiya, İspaniya, Kanada, Argentina, Latviya, İngiltərə, Misir və Qətəri isə bir ukraynalı idmançı seçib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri