20 
Fev
2019
16:58
168
93
4743
Virtual karabakh

“Sumqayıt”ın israilli futbolçusu: Azərbaycan yol polisini aldatdım

20 Fev, 2019
16:58
4743

“Sumqayıt”ın israilli futbolçusu: Azərbaycan yol polisini aldatdım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sumqayıt”ın İsrail doğumlu azərbaycanlı futbolçusu Əli Babayev maraqlı açıqlaması ilə diqqət çəkib. 

Oxu.Az xəbər verir ki, İsrail mətbuatına danışan 28 yaşlı futbolçu Azərbaycan polisi ilə arasında baş vermiş hadisədən danışıb:

“Bir neçə həftə öncə avtomobillə yolun sol zolağı ilə hərəkət edirdim. Yüz metrdən sonra yol polisi məni saxladı və onlardan biri azərbaycanca danışmağa başladı. Bir müddətdir Bakıda yaşadığımdan artıq dili başa düşürəm. Ancaq polislərdən yaxa qurtarmaq üçün onları aldatdım. Özümü elə göstərdim ki, sanki heç nə anlamıram.

Polisə öz dilimdə “Sizi başa düşmürəm, mən yalnız ivrit dilində danışa bilirəm. Siz bu dili bilirsiniz?”, - dedim. O, mənə gözləməyimi söylədi və öz maşınına doğru getdi. Bir neçə dəqiqədən sonra isə qəflətən siqnal verib, yola davam etməyimi bildirdi. Amma belə bir şey İsraildə olsaydı, hətta hind dilində də danışsaydım, polislər mənə cərimə yazmaq üçün “Google Translate” tərcümə proqramından istifadə edərdilər”.

Babayev Bakıda xeyli taksi olduğunu da bildirib: 

“Bakıda insanlardan çox taksi var. Bu, xüsusi məqamdır”.

Qeyd edək ki, İsrail vətəndaşlığı olan Əli Babayev ötən ilin iyulunda “Sumqayıt” klubu ilə iki illik müqavilə bağlayıb. O, 99 nömrəli forma ilə çıxış edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri