20 
Fev
2019
18:31
27
146
5431
Virtual karabakh

Prosineçki Azərbaycan və Ermənistan millilərindən danışdı

20 Fev, 2019
18:31
5431

Prosineçki Azərbaycan və Ermənistan millilərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki SportSport.ba saytına müsahibəsində ölkəmizi xatırlayıb.

Hazırda Bosniya və Herseqovinanı çalışdıran xorvatiyalı Avro-2020-nin seçmə mərhələsindən danışarkən Azərbaycan millisinə də toxunub.

“Bizim qrupda DÇ-2018 buraxan İtaliya var. Yunanıstana qarşı biz özümüzü inamlı hiss edəcəyik. Yunanlar da, çoxdandır böyük turnirlərdə iştirak etmirlər, və onların öz hədəfləri var, ancaq onları keçmək mümkündür.

Daha bir rəqibimiz isə Finlandiyadır. Onlar Azərbaycan kimi minanı xatırladırlar. 50 ildə bir dəfə təəccübləndirə bilərlər. Ötən dövrdə finlərin səfərdə xorvatlarla heç-heçə etməyini xatırlamaq olar”.

Sonda baş məşqçi bir qrupda yer aldıqları Ermənistan millisi barəsində də danışıb:

“Əgər biz Ermənistana qalib gələ bilməyəcəyiksə, Avro-2020-yə düşməyə ehtiyac yoxdur. Bu reallıqdır”.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub. Millimiz Prosineçkinin rəhbərliyi altında 21 oyun keçirib. Onlardan beşində qələbə, onunda isə məğlub olub. Daha altı qarşılaşma isə heç-heçə bitib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri