21 
Fev
2019
02:23
108
40
7356
Virtual karabakh

“Mançester Siti”dən Almaniyada əzmkar qələbə – VİDEO

21 Fev, 2019
02:23
7356

“Mançester Siti”dən Almaniyada əzmkar qələbə – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında 1/8 finalın ən bol qollu oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, Almaniyanın Qelzenkirxen şəhərində yerli “Şalke” ilə İngiltərə çempionu “Mançester Siti”ni qəbul edib.

Qonaqlar 18-ci dəqiqədə argentinalı Serxyo Aqueronun qolu ilə önə keçsə də, Almaniya klubunun Əlcəzair əsilli fransalı futbolçusu Nabil Bentalib iki dəfə təyin edilmiş penaltidən fərqlənib. Bununla da “Şalke” fasiləyə gözlənilmədən öndə yollanıb.

Lakin Pep Quardiolanın yetirmələri fasilədən sonra əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb. Baxmayaraq ki, hesabda “şəhərlilər” 68-ci dəqiqədə argentinalı mərkəz müdafiəçisi Nikolas Otamendinin meydandan qovulması ilə azlıqda qalıb. Bununla belə, almaniyalı Lerua Sane və Rahim Sterlinqin qolları İngiltərə klubuna möhtəşəm qələbə qazandırıb – 3:2.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri