21 
Fev
2019
10:36
78
19
3163
Virtual karabakh

Geri dönüş üçün “Qalatasaray”a son şans - PREVYU

21 Fev, 2019
10:36
3163

Geri dönüş üçün “Qalatasaray”a son şans - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmalarına yekun vurulacaq. 

Oxu.Az xəbər verir ki, ilk oyunda Rusiya “Zenit”ini minimal hesabla üstələyən İstanbulun “Fənərbaxça” klubu oyuna itkilərlə çıxacaq.

Belə ki, Tolqa Cigərçi, Erten Ersu və Oguz Kagan Guctekin bu qarşılaşmanı buraxmalı olacaq. 

İlk oyunda Portuqaliya nəhənglərindən olan “Benfika”ya 2:1 uduzan “Qalatasaray” isə doğma meydandakı acı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 

1/16 final

21:55 “Arsenal” (İngiltərə) – BATE (Belarus) (ilk oyun 0:1)

21:55 “Dinamo” (Xorvatiya) – “Viktoriya” (Çexiya) (ilk oyun 1:2)

21:55 “Ayntraxt” (Almaniya)  – “Şaxtyor” (Ukrayna) (ilk oyun 2:2)

21:55 “Napoli” (İtaliya)  – “Sürix” (İsveçrə) (ilk oyun 3:1)

21:55 “Zalsburq” (Avstriya) – “Brüqe” (Belçika) (ilk oyun 1:2)

21:55 “Valensiya” (İspaniya) – “Seltik” (Şotlandiya) (ilk oyun 2:0)

21:55 “Vilareal” (İspaniya) – “Sportinq” (Portuqaliya) (ilk oyun 1:0)

21:55 “Zenit” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) (ilk oyun 0:1)

00:00 “Bayer” (Almaniya) – “Krasnodar” (Rusiya) (ilk oyun 0:0)

00:00 “Benfika” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) (ilk oyun 2:1)

00:00 “Betis” (İspaniya) – “Ren” (Fransa) (ilk oyun 3:3)

00:00 “Çelsi” (İngiltərə) – “Malmö” (İsveç) (ilk oyun 2:1)

00:00 “Dinamo” (Ukrayna) – “Olimpiakos” (Yunanıstan) (ilk oyun 2:2)

00:00 “Qenk” (Belçika) – “Slaviya” (Çexiya) (ilk oyun 0:0)
 
00:00 “İnter” (İtaliya) – “Rapid” (Avstriya) (ilk oyun 1:0)

Xatırladaq ki, dünən UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmalarının ilk oyunu baş tutub. İspaniyanın “Sevilya” klubu İtaliya “Latsio”sunu 2:0 hesabı ilə məğlub edib. İlk oyunda da ispanlar minimal hesabla qələbə qazanmışdılar. Bununla, “Sevilya” 1/8 finala vəsiqə qazanıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri