21 
Fev
2019
11:53
161
20
2146
Virtual karabakh

Millimizin kapitanı Afrika çempionatında ən güclü idmançı seçildi - FOTO

21 Fev, 2019
11:53
2146

Millimizin kapitanı Afrika çempionatında ən güclü idmançı seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Misirin Hurqada şəhərində keçirilən Afrika açıq çempionatında dörd idmançı ilə təmsil olunan parataekvondo üzrə milli komandamızın üzvləri reytinq xallarını artırıb. 

Oxu.Az xəbər verir ki, K42 və K43 (-75 kq) çəki dərəcəsində mübarizəyə qatılan komandamızın kapitanı, dünya ikincimiz Nicat Müslümov hər iki kateqoriyada qızıl medal qazanaraq yarışın qalibi olub.

Qadın parataekvondoçulardan bu ay dünya üçüncüsü olmuş Röyalə Fətəliyeva (K44 -49 kq) və ötən il Avropa çempionu olmuş Aynur Məmmədova (K44 +58 kq) final döyüşündə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Digər kişi idmançımız, dünya üçüncümüz Elimxan Manafovun (K43 -61 kq) isə yarımfinal mərhələsində rəqibi keçilməz olub və o yenə bürünc medalla kifayətlənib.

Bununla da komanda hesabında millimiz üçüncü yerə layiq görülüb. Yarışın ən güclü idmançısı isə Nicat Müslümov seçilib.

Beləliklə, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının yarışdığı beynəlxalq reytinq turnirindən iki qızıl, iki gümüş və bir bürünc medalla vətənə dönür.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri