22 
Fev
2019
13:39
52
15
1537
Virtual karabakh

Premyer Liqa klubları İntizam Komitəsinin son qərarlarından narazıdır

22 Fev, 2019
13:39
1537

Premyer Liqa klubları İntizam Komitəsinin son qərarlarından narazıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Hakimlər Komitəsinin sədri Frits Ştuxlik Klublar Komitəsinin iclasına dəvət edilmişdi. Əsas müzakirə hakimliklə bağlı idi. Son turda bəzi klublarımız oyun qaydalarına görə yox, inzibati məsələlərə görə cərimələnib. Onun yanında klubların cəzalandırılması məsələlərinə toxunduq.

Oxu.Az xəbər verir ki, bunu Klublar Komitəsinin yeni sədri, “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev deyib.

O bildirib ki, klublar AFFA İntizam Komitəsinin inzibati pozuntulara (yan xətt hakimləri üçün stadionda ehtiyat bayraqların olmaması, klub nümayəndələrinin oyunöncəsi iclasa gecikməsi və s.) görə cəzalandırılmasından narazıdır:

“Bəzi məsələlərdə Ştuxlik də bizimlə razılaşdı. Qərara gəldik ki, narazı qaldığımız məqamları bir siyahıya salıb ona təqdim edək. Növbəti iclas martın 12-də olacaq. Əlimizdən gələni edəcəyik ki, daha fəal olaq və çempionatın inkişafı üçün müxtəlif məsələləri müzakirə edək. İndi mövsümün qızğın vaxtıdır. Bütün klubların başı çempionata qarışıb. Amma imkan daxilində tez-tez görüşməyə çalışacağıq”.

O, KİVDF tərəfindən maliyyəsi dayandırılmış ölkənin aparıcı idman qəzeti “Futbol+” qəzetinin məsələsinə də biganə yanaşmayacaqlarını bildirib:

“Növbəti iclasımızda “Futbol+” qəzetinin maddi durumla bağlı çəkdiyi çətinliyi müzakirəyə çıxara bilərik. Biz də klublar olaraq əlimizdən gələn köməyi etməyə çalışarıq. Həmçinin, növbəti iclasımızda yayım məsələsini müzakirə edə bilərik”.

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev səkkiz Premyer Liqa klub nümayəndəsi arasındakı keçirilən səsvermədə üç səs toplayıb. “Sabah”, “Zirə” və “Neftçi” klublarının nümayəndələri Klublarlar Komitəsinin yeni sədrinin “Sumqayıt”dan olmasını istəyib. “Keşlə” və “Qarabağ”ın hərəsinə iki, “Səbail”ə isə bir səs verilib. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri