22 
Fev
2019
18:59
447
50
9796
Virtual karabakh

Eduard Məmmədov idman zalı açdı - FOTO/VİDEO

22 Fev, 2019
18:59
9796

Eduard Məmmədov idman zalı açdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kikboksinqin WAKO versiyası üzrə üçqat dünya, altıqat Avropa çempionu Eduard Məmmədov idman zalı açıb.

Oxu.Az xəbər verir ki, zal Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində fəaliyyət göstərəcək.

Eduard Məmmədovun rəhbəri olduğu idman klubunun zalı onun kikboksinqdəki ləqəbi olan “Ağ Canavar” adını daşıyacaq. Tanınmış idmançımız bu klubun adıçəkilən məkanda açılmasının səbəbini belə izah edib:

“Əslində, üç il əvvəl bu klubu açmışıq. Sadəcə olaraq, zalımız yox idi deyə, orda-burda məşqlərimizi edirdik. Artıq bu, sırf mənim adımadır. Bildiyiniz kimi, ötən il 13 yaşında Azərbaycanın ən gənc dünya çempionu olmuş yetirməm Amin Quliyevə özümün götürdüyü “Ağ Canavar” ləqəbini dörd il əvvəl vermişəm.

Onun ailəsinə Füzuli məcburi köçkünü kimi ölkə başçısı tərəfindən “Qobu Park”da ev bağışlanmışdı. Mən bir dəfə onlara qonaq gedəndə gördüm ki, yaşayış kompleksində futbol meydançasından başqa idman zalı yoxdur. Qərara gəldim ki, elə zalımızı burda açaq. 

Kikboksinq üzrə dünya çempionumuz Anar Məmmədov, dünya və Avropa mükafatçımız Qiyas Şahverdiyev orda məşqçi kimi işləyəcək. Həftədə bir dəfə isə mən orda seminarlarda iştirak edəcəyəm. Bu zalda cüdo ilə də məşğul olmaq mümkün olacaq”.

Qeyd edək ki, daha əvvəl başqa kikboksçumuz - Zabit Səmədov Bakıda idman klubu açmışdı.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri