22 
Fev
2019
16:19
116
33
6194
Virtual karabakh

Bakıya gedən yol: Avropa Liqasının 1/8 finalının püşkü atıldı

22 Fev, 2019
16:19
6194

Bakıya gedən yol: Avropa Liqasının 1/8 finalının püşkü atıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, püşkü Avroliqanın səfiri, “Valensiya” və “Sevilya” ilə üç dəfə UEFA Kubokunu qazanmış ispaniyalı veteran qapıçı Andres Palop çəkib. 

Beləliklə, 16 komanda növbəti mərhələdə bir-birinin rəqibini öyrənib. Püşkün nəticəsi belə olub.

“Çelsi” (İngiltərə) –  “Dinamo” (Ukrayna)

“Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya)

“Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya)

“Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)

“Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya)

“Sevilya” (İspaniya) – “Slaviya” (Çexiya)

“Arsenal” (İngiltərə) – “Ren” (Fransa)

“Zenit” (Rusiya) – “Vilyareal” (İspaniya)

Qeyd edək ki, bu mərhələnin görüşləri martın 7-də və 14-də keçiriləcək. UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri