22 
Fev
2019
16:11
74
25
3220
Virtual karabakh

“Çelsi”yə transfer cəzası

22 Fev, 2019
16:11
3220

“Çelsi”yə transfer cəzası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonun “Çelsi” futbol klubunun qarşıdakı iki transfer pəncərəsində yeni futbolçuları qeydiyyata almasına qadağa qoyulub.

FIFA-nın rəsmi saytında yayılan məlumata görə, bu qərar klubun yeniyetmə oyunçulara dair beynəlxalq transfer qaydalarını pozması ilə əlaqədardır.

Beynəlxalq futbol qurumu klub tərəfindən oyunçuların qeydiyyatı qaydalarının pozulması ilə bağlı araşdırılmış 92 işdən 29-da pozuntu faktı aşkarlayıb.

Qadağanın qadın və futzal komandasından başqa, London klubunun bütün heyətlərinə şamil olunduğu bildirilir.

Bundan başqa, “Çelsi” 600 min İsveçrə frankı (təxminən 599 min dollar) məbləğində, İngiltərə Futbol Assosiasiyası isə 390 min funt cərimələnib. Klubun qərardan İdman Artbitraj Məhkəməsinə şikayət etmək hüququ var. Artıq Assosiasiya şikayət edəcəyini açıqlayıb.

29 pozuntudan biri Burkina Faso millisinin hücumçusu Bertran Traore ilə bağlı olub. O, 2010-cu ilin avqustunda heyətə qatılmasına, hətta “Çelsi”də oyunlara çıxmasına baxmayaraq, yalnız 2013-cü ilin oktyabrın 31-də onunla 4,5 illik rəsmi müqavilə bağlanılıb.

Komandaya yetkinlik yaşına çatmamış oyunçuların transferi ilə bağlı vəziyyəti nizamlamasına doxsan gün vaxt verilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri