22 
Fev
2019
18:13
993
21
8369
Virtual karabakh

Bakı məktəblisi Tehranda bayrağımızı müdafiə etdi - FOTO/VİDEO

22 Fev, 2019
18:13
8369

Bakı məktəblisi Tehranda bayrağımızı müdafiə etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranın paytaxtı Tehranda keçirilmiş idman yarışında örnək ola biləcək addım atıb.

Oxu.Az xəbər verir ki, Z.Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib.

O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri