23 
Fev
2019
17:41
163
31
4360
yuxarı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinin üzvünə yardım etdi
23 Fev, 2019
17:41
4360
163
31
Rusiya klubunun futbolçusu Azərbaycan millisinin üzvünə yardım etdi
Rusiyanın “Krilya Sovetov” klubunun yarımmüdafiəçisi, əslən gürcü olan Cano Ananizde Azərbaycanın qadınlardan ibarət yığmasının 18 yaşlı futboçusuna yardım edib.
Bununla bağlı “Komsomolskaya pravda v Samare” nəşri məlumat yayıb.
Bildirilib ki, Canonun həmyerlisi olan Nino Qurqenidze Azərbaycan millisi ilə yanaşı, Gürcüstanın “Martve” klubunda çıxış edir. Onun Almaniyada əməliyyat edilməsi vacib olub və qızın müalicəsi üçün sosial şəbəkədə yardım kampaniyası başlanılıb.
Ancaq C.Ananidze bütün əməliyyat xərclərini boynuna götürüb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək