28 
İyl
2014
12:48
7
46
1474
Virtual karabakh

Bir qədər “Challenge Tour” haqqında – FOTO + VİDEO

28 İyl, 2014
12:48
1474

Bir qədər “Challenge Tour” haqqında – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Challenge Tour” qalibləri növbəti ildə “European Tour”da iştirak etməyə vəsiqə qazanırlar.

Məlum olduğu kimi, iyul ayının 31-dən avqust ayının 3-nə kimi Azərbaycanın idman həyatında vacib hadisə baş verəcək – tarixdə ilk dəfə qolf üzrə “Challenge Tour” turniri bizim ölkəmizdə keçiriləcək.

“Challenge Tour” Avropada kişilər arasında vacibliyinə görə ikinci peşəkar qolf-turnir hesab edilir.

Bir qayda olaraq, Challenge Tour-da nisbətən gənc qolfçular iştirak edirlər.

Challenge Tour proqramının əsasında milli federasiyaların təşkil etdiyi tədbirlər dayanır. Bu federasiyalar müvafiq ölkələrdə həvəskar və peşəkar şəbəkələri idarə edirlər ki, bu da yekunda Challenge Tour-un qolfun populyarlaşmasına yönəlmiş ideya və təşəbbüslər çərçivəsində məqsədlərinə nail olmasını təmin edir.

Beynəlxalq Challenge Tour proqramı Avropadan Qazaxıstan və Hindistanadək hər bir guşəni əhatə edir və gənc, iddialı peşəkarların dünya arenasına çıxmasına kömək göstərir.

Turnir “European Tour” peşəkar Qolf Assosiasiyası tərəfindən keçirilir və ilk mərhələnin turniri “European Tour” və “European Seniors Tour”da olduğu kimi, bu turnir çərçivəsində bəzi tədbirlər Avropanın hüdudlarından kənarda keçirilir.

Dünya reytinqi üzrə yüksək göstəricilərə görə xallar “Challenge Tour” göstəricilərinə görə verilir. Bir çox “Challenge Tour” turnirlərin nəticələrinə görə, qalib qolf üzrə rəsmi dünya reytinqinin 12 xalını alır, amma “European Tour” qalibi 18 xal alır. Əsasən “Challenge Tour” (“Challenge Tour Grand Final”)  finalında qalib 16 xal qazanır.

İlkin olaraq “Satellite Tour” adını alan turnir, ilk dəfə 1986-cı ildə keçirilib. Elə həmin ildə Fransa, İtaliya və İsveçin peşəkar strukturları əcnəbi oyunçular üçün peşəkar turlar açdılar, daha iki il sonra isə ilk European Tour keçirildi.

Yeni turda ilk yarışın qalibi 1989-cu il reytinqində ilk pilləni tutan Gil Briqqs oldu.

Elə həmin ildə iddialı italiyalı Konstantino Rokka Avropa turnirində iştirak hüququ aldı və sonradan öz ölkəsində ən yaxşı oyunçulardan birinə çevrildi.

1993-cü ildə European Challenge Tour 17 ölkədə keçirildi, turnir isə getdikcə daha mühüm rol oynamağa başladı.

Ötən əsrin 90-cı illərində qolf Rusiyada, Polşada, Sloveniya və Türkiyədə inkişaf etməyə başladı, bu ölkələrdə ilk turnirlər keçirildi.  

Avropanın gənc və uğurlu qolfçuları daha böyük yarışlarda iştirak üçün Cənubi Amerika, Uzaq Şərq və Afrikanı ziyarət etdilər. 

Artmaqda olan pul mükafatı 2010-cu ildə Kazakhstan Open turnirinin keçirilməsi zamanı rekord 450 000 avroya çatdı.

1993-cü ilədək Challenge Tour-un reytinqləri hər bir oyunçunun ən yaxşı göstəricilərinə əsaslansa da, 1994-cü ildən bütün göstəricilər nəzərə alınmağa başladı. 

“Challenge Tour” qalibləri növbəti il üçün “European Tour”da iştirak etməyə vəsiqə qazanırlar. 15 oyunçu “European Tour”a birbaşa vəsiqə qazanır.

16-45-ci yerləri tutan oyunçular da daha az pul mükafatı olan turnirlərdə iştirak etməyə vəsiqə qazanırlar, amma onların “European Tour” (“European Tour Qualifying School”) kursunun yardımı ilə öz statuslarını yüksəltmək şansları var. “Challenge Tour”un üç turnirinin qalibi olan oyunçular dərhal əsas turnirdə iştirak etməyə haqq qazanırlar.

Maykl Kempel 2005-ci ildə US Open Championship-də möhtəşəm qələbə qazanan ilk keçmiş Challenge Tour iştirakçısı oldu. Sonralar Trevor İmmelman (2008 Masters Tournament), Lui Usuzen (2010 Open Championship) və Martin Keymer (2010 US PGA Championship) onun göstəricilərini geridə qoydular. Martin Keymer isə 20011-ci ildə Ümumdünya Qolf Reytinqinə başçılıq edən ilk Challenge Tour iştirakçısı oldu.

Dörd – inkişaf edən “Alps Tour”, “EPD Tour”, “PGA EuroPro Tour” və “Nordix League” turnirləri “Challenge Tour” turnirindən bir səviyyə aşağıdadırlar. Yuxarıda sadalanan turnirlərin hər biri Avropanın müxtəlif regionlarında əsaslanıb. Bütün bu turnirlər bir yerdə “Satellite Tour” adlanır. İlk beş yerin qalibi, hər dörd turnirdə “Nailiyyət” ordeni alan oyunçu gələn mövsümdə “Challenge Tour”da iştirak etməyə vəsiqə qazanır. “Challenge Tour” hər il ixtisas artırma kursları təşkil edir.

Bu il üçün isə - cəmi bir neçə gün sonra “Challenge Tour” bizim ölkəmizdə keçiriləcək. Burada bütün dünyadan 150-dən artıq peşəkar qolfçu iştirak edəcək, mükafat fondu iştirakçılar arasında bölünəcək.

İyulun 31-dən avqustun 3-nə kimi Qubada Milli Qolf Klubda keçiriləcək turnirin təşkili “Challenge Tour”un qrafikinin bu gün üçün ən güclü və gəlirli və turnirin 26 illik tarixində irəliləyən turnir olduğunu bir daha göstərir.

Qubada olan Milli Qolf Klubun sahələri yaxınlıqdakı təpə və dağlara açılan mənzərəsi ilə fəxr edə bilər. Klub dizayner Con Hant və Beynəlxalq Dizayn qrupu tərəfindən layihələşdirilib.

Qolf Azərbaycan üçün yeni idman növüdür və biz ümid edirik ki, bütün səviyyələrdə onun inkişafına nail olacağıq. Bu mənada “European Challenge Tour” kimi əsas turnirin bizim ölkədə keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir.

Biz əminik ki, Azərbaycanın Milli Qolf Klubunun peşəkar və yüksək ixtisaslı personalının dəstəyi ilə yarışda iştirak edən oyunçular, bizim sahədə keçirdikləri oyundan, eləcə də ölkəmizin turistik infrastrukturundan həzz alacaqlar.

Qeyd etmək lazımdır ki, oyunçuların “European Tour”a gedən yolda həlledici mərhələ olan bu turnir mövsümün ən yüksək mükafat fondlu turnirlərindəndir. 

“European Challenge Tour” direktoru Alan de Soltre qeyd edib:

“Biz, “Challenge Tour”u ilk dəfə Azərbaycanda təqdim etməyimizə şadıq. Bizim üçün qolfu yeni ölkələrdə təqdim etmək sevindirici haldır. Bu turnir şübhəsiz ki, unudulmaz hadisə olacaq”.

Azərbaycan Qolf Federasiyası bu turnirin həyata keçirilməsi istiqamətində böyük təşəbbüs göstərdi. Biz gələcək illər üçün Federasiya ilə uzunmüddətli və məhsuldar əməkdaşlıq qurmağa ümid edirik.

Qazaxıstan və digər ölkələrin timsalında “Challenge Tour” qolfun xüsusilə məşhur olmadığı ölkələrdə onun inkişafında nəhəng rol oynaya bilər. Ümid edirik ki, bundan sonra qolf Azərbaycanda çiçəklənəcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri