31 
Avq
2014
10:00
65
10
2891
Virtual karabakh

Türkiyə Super Liqasının ən bahalı futbolçuları - SİYAHI

31 Avq, 2014
10:00
2891

Türkiyə Super Liqasının ən bahalı futbolçuları - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən bahalılar arasında “Beşiktaş”lı yoxdur.

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən ən dəyərli 10 futbolçu müəyyənləşib. 

Oxu.Az-ın Lent.Az-a istinadən məlumatına görə, adıçəkilən ölkədə çempionatın ən dəyərliləri “Qalatasaray”da çıxış edir.

İstanbul klubunun holland ulduzu olan Uesli Sneyder və uruqvaylı qapıçı Fernando Musleranın qiyməti 18 milyon avrodur.

Türkiyə mətbuatının yazdığına görə, 3-4-cü pillələri tutan “Fənərbaxça”lılar Mussa Sov və Emmanuel Emenikeyə 16 milyon avro qiymət qoyulub. İlk “beşliy”i başqa bir “Qalatasaray”lı - Burak Yılmaz qapayır - 14 milyon avro.

Onu da qeyd edək ki, ilk “onluq”da “Fənərbaxça”nın 5, “Qalatasaray”ın 4, “Trabzonspor”un 1 futbolçusu yer alıb. Ən bahalılar arasında “Beşiktaş”lı yoxdur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri