17 
Okt
2014
11:01
88
16
3948
Virtual karabakh

İstər Qurban gəlsin, istər Mourinyo – fərq etməyəcək

17 Okt, 2014
11:01
3948

İstər Qurban gəlsin, istər Mourinyo – fərq etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz real gücümüzün fərqində deyilik”.

Məlum olduğu kimi, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts İsveçrənin Surix şəhərində AFFA rəhbərliyi ilə görüş keçirərək milli komandadan ayrıldığını bəyan edib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, millinin keçmiş baş məşqçisi Şahin Diniyev Berti Foqtsun gedişini və futbolumuzun hazırkı durumunu belə şərh edib:

“Berti Foqtsun gedişini normal hal sayıram. Nəticəyə görə məşqçi cavabdehdir. Özündə güc tapdı və istefa verdi. Ancaq bir insanla, bir istefa ilə futbolumuz dəyişməyəcək. İlk növbədə struktur dəyişməlidir. Berti Foqtsun gedişi futbolumuzu 360 dərəcə dəyişə bilməz. Yeni sistem yaranmalıdır.

Kompleks işlər görülməlidir. Bizdə idarəetmədə yanlışlıqlar var. Foqtsdan sonra Qurban gəlsin, Mourinyo gəlsin fərq etməyəcək. Müsbət bir dəyişiklik olmayacaq. Mən hər zaman deyirəm ki, futbolda əsas amil insan faktorudur. Futbola baxış dəyişməlidir. Əgər mənə baş məşqçiliklə bağlı təklif gəlsə, mən razılaşmayacam. Çünki biz real gücümüzün fərqində deyilik. Harda olduğumuzu bilmirik. Özümüzü olduğumuz yerdən irəlidə görürük”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri