20 
Okt
2014
20:00
131
8
2907
Virtual karabakh

Güləşçilərimizdən növbəti qələbə – VİDEO

20 Okt, 2014
20:00
2907

Güləşçilərimizdən növbəti qələbə – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müslümov finala qədər inamlı təsir bağışlayıb.

Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 6-cı “Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb. 

Oxu.Az-ın Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, turnirdə iştirak edən yığma komandamızın üzvləri 2 gümüş və 1 bürünc medala sahib olub.

Məşqçilər David Kurtsiya və Saypulla Absaidovun rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Məhəmməd Müslümov (65 kq və Aleksandr Qostiyev (86 kq) finala qədər inamlı təsir bağışlayıb. Ancaq finalda qələbəni əldən verən təmsilçilərimiz gümüş medalla kifayətlənib. 

Bürünc medalı isə, yığmamıza 74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov qazandırıb. 

65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev və 125 kq çəkidə təmsilçimiz Cəmaləddin Məhəmmədov həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb. 

Bundan başqa, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdul Nuriyev görüşlərin idarə olunmasında ölkəmizi təmsil edib. 

 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri