30 
Okt
2014
17:28
32
19
3014
Virtual karabakh

İtalyan və fransız milli komandamızın baş məşqçi postuna namizəd oldu

30 Okt, 2014
17:28
3014

İtalyan və fransız milli komandamızın baş məşqçi postuna namizəd oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar məktubla tərcümeyi-halını AFFA-ya göndərib.

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi dekabrda məlum olacaq. 

Oxu.Az Sportpress.az-a istinadən xəbər verir ki, dekabrda məsələylə bağlı AFFA İcraiyyə Komitəsinin iclasının keçiriləcəyi gözlənilir. 

Menecerlər tərəfindən AFFA-ya milli komandanın baş məşqçi vəzifəsini icra etmək üçün İtaliya və Fransadan olan məşqçilər təqdim olunub. Siyahıda 5 mütəxəssisin adı var. Üstəlik, müxtəlif vaxtlarda Avropada işləyən 8 məşqçi öz xidmətini federasiyamıza təklif edib. Onlar məktubla tərcümeyi-halını AFFA-ya göndərib. Milliyə təyinat ilin sonunda açıqlanacaq.

Qeyd edək ki, milli 2015-ci ildə yeni məşqçinin rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq yanvar-fevral aylarına təsadüf edəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri