30 
Okt
2014
18:54
91
10
3092
Virtual karabakh

“Qarabağ” azarkeşlərə müraciət etdi

30 Okt, 2014
18:54
3092

“Qarabağ” azarkeşlərə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Holoqramı olmayan biletlərin etibarsız sayılacağı bildirilib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Dnepr”lə üz-üzə gələcək “Qarabağ” klubu oyun öncəsi saxta bilet satışının qarşını almaq üçün xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır. 

Oxu.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” - “Dnepr” matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. 

Bu holoqram məxsusi “Qarabağ” üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil. Klub azarkeşlərə səslənərək biletin hər hansı fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionun kassalarından alınmasını xahiş edib. Holoqramı olmayan biletlərin etibarsız sayılacağı bildirilib.

Qeyd edək ki, “Qarabağ” - “Dnepr” matçının biletləri noyabrın 3-dən, saat 9:00-dan etibarən satışa çıxarılacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri