Noy
2014
16:14
150
14
5688
Virtual karabakh

“PES-2015”ə Azərbaycan futbolunda tarix yazan “Qarabağ” da daxil edilib - FOTO + VİDEO

9 Noy, 2014
16:14
5688

“PES-2015”ə Azərbaycan futbolunda tarix yazan “Qarabağ” da daxil edilib - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur oyunun siması isə Mario Götzenin seçilib.

PES-2015 futbol simulyatorunun rəsmi satışa çıxacağı ərəfədə “Konami” şirkəti oyun həvəskarlarının diqqətini cəlb etməyə davam edir.

Oxu.Az qoal.az-a istinadən xəbər verir ki, artıq şirkətin rəsmi “Facebook” hesabında yeni oyunun rəsmi təqdimatına nə qədər vaxt qaldığını əks etdirən şəkillər paylaşılıb.

Yaponlar əsas rəqibləri olan “EA Sports”u üstələmək üçün yeniliklərdən istifadə etməyə çalışıblar. “Konami" rəqibindən fərqli olaraq daha böyük diqqətini ideal parıltı və oyun prosesinə yönəldib.

Simulyar yeni oynamağa başlayanlar üçün xeyli asanlaşdırılıb. PES-2015-də zərbələr, birə-bir mübarizə və driblinq sistemi daha da təkmilləşdirilib. Bu oyuna Azərbaycan futbolunda növbəti tarixi yazan “Qarabağ” da daxil edilib.

PES-2015-in milyonlarla həvəskarı onun FİFA-2015-dən daha real olacağından əmindir. Bu ikili arasındakı mübarizə BMW - “Mercedes” və “Apple” - "Samsung" arasındakı mübarizədən heç də geri qalmır. Qeyd edək ki, PES-2015-in üz qapağında Almaniya millisi və “Bavariya”nın futbolçusu Mario Götzenin fotosu olacaq. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri