Okt
2021
11:44
287
18
2565
Virtual karabakh

33 yaşında dünya çempionu olan Rafiq Hüseynov: “Finaldan öncə atama demişdim ki, karyeramı bitirmək istəyirəm”

9 Okt, 2021
11:44
2565

33 yaşında dünya çempionu olan Rafiq Hüseynov: “Finaldan öncə atama demişdim ki, karyeramı bitirmək istəyirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nəhayət, mən dünya çempionuyam. İki ay əvvəl demişdim ki, tarix yazmaq istəyirəm. Dünya çempionu oldum və tarix yazdım. İndi mən hobbi kimi güləşdən həzz ala bilərəm”.

Oxu.Az-ın xəbərinə görə, bunu 33 yaşında ilk dəfə dünya çempionu olan Rafiq Hüseynov deyib.

82 kq çəki dərəcəsində dünən Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal və kəmər qazanan Rafiq təəssüratlarını bölüşüb. O, yarımfinalda qalib gəldiyi builki Avropa çempionu, Rusiya güləşçisi Adlan Akiyevi 2:1 məğlub etməsindən danışıb. O, finalda 2:1 qalib gəldiyi Burhan Akbudakla görüşün daha asan baş tutduğunu bildirib:

“Yarımfinal görüşüm finaldan daha çətin alındı. Çünki rusiyalı güləşçi Avropa çempionu idi. Məncə, final yarımfinal kimi mənə çətin olmadı. Asan oldu. Qalib gəldim və xoşbəxtəm”.

Özbəkistanın paytaxtı Daşkənddə doğulmuş Hüseynov məşqçi işləmək istədiyini bildirib:

“Finaldan öncə atamla danışmışdım. Ona demişdim ki, karyeramı bitirmək və güləş ayaqqabılarımı divardan asmaq istəyirəm. Ancaq o dedi ki, sən 5-6 ay istirahət edəcəksən. Bundan sonra yenidən güləşmək istəyəcəksən.

Mən başa düşürəm ki, o, karyeramı bitirməyimi istəmir, ona görə belə dedi. Mən Azərbaycan millisinin baş məşqçisi olmaq istəyirəm. Güləş Federasiyası da Olimpiya Oyunlarına kimi güləşməyimi istəyir. Mən də güləşəcəyəm. Güləşi sevirəm. Bu mənim işim yox, həyat tərzimdir”.

Qeyd edək ki, Rafiq Hüseynov daha əvvəl ikiqat Avropa çempionu olub. O  bu il Tokio Olimpiya Oyunlarının bürünc medalına sahib çıxıb. Həmçinin bu dünya çempionluğu ilə üçüncü dəfə analoji turnirin mükafatını əldə edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri