9 
Okt
2021
18:04
286
20
1919
yuxarı
Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla başa vurub
9 Okt, 2021
18:04
1919
286
20
Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla başa vurub
İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan komandası çıxışını başa vurub.
Oxu.Az xəbər verir ki, turnirin son günündə təmsilçimiz Nərmin Əmirli (-78 kq) mübarizə aparıb. O ilk qarşılaşmasında kanadalı Korali Qodbuta uduzub.
Bununla da, komandamız çempionatı 2 medalla başa vurub. Belə ki, Turan Bayramov (-60 kq) gümüş, Elcan Hacıyev (-81 kq) bürünc medal qazanıb.
Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək