28 
Noy
2014
18:47
81
34
4280
Virtual karabakh

“Qalatasaray”ın yeni baş məşqçisi - FOTO

28 Noy, 2014
18:47
4280

“Qalatasaray”ın yeni baş məşqçisi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Klubun rəsmi nümayəndəsi məlumat yayıb.

“Qalatasaray” klubu italiyalı baş məşqçi Çezare Prandelli ilə müqavilənin ləğv olunduğunu rəsmən açıqlayıb.

 Oxu.Az APA-ya istinadən xəbər verir ki, klubun rəsmi nümayəndəsi Əli Dürüst Ç. Prandellinin müqaviləsini ləğv etdiklərini bildirib.
 
Ə. Dürüst yeni baş məşqçinin adını da açıqlayıb. O, Türkiyə milli komandasının baş məşqçi köməkçisi Hamza Hamzaoğlu ilə anlaşdıqlarını bəyan edib. Hələlik H. Hamzaoğlu ilə rəsmi müqavilə imzalanmasa da, onun bu mövsümün sonuna qədər komandanı çalışdıracağı və uğurlu nəticə əldə edərsə, vəzifəsində qalacağı xəbər verilir.    
 
Qeyd edək ki, H. Hamzaoğlu keçmiş futbolçudur və 1991-1995-ci illərdə “Qalatasaray”ın heyətində çıxış edib. Baş məşqçi kimi “Malatyaspor”, “Eyüpspor”, “Dənizlispor” və “Akhisar Bələdiyyəspor” komandalarını çalışdırıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri