26 
Fev
2015
12:59
22
327
13485
Virtual karabakh

Azərbaycan Avropa Oyunlarına gələcək bütün xarici idmançıların xərclərini ödəyəcək

26 Fev, 2015
12:59
13485

Azərbaycan Avropa Oyunlarına gələcək bütün xarici idmançıların xərclərini ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MOK-un vitse-prezidenti bəyanat verdi.

Azərbaycan birinci Avropa Oyunlarında iştirak etmək üçün ölkəyə gələcək bütün 50 dövlətin olimpiya yığmalarının nəqliyyat və digər xərclərini öz üzərinə götürəcək, Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti Çingiz Hüseynzadə haqqin.az-a bildirib.

Eyni zamanda Britaniyanın The Guardian məlumat yayıb ki, Britaniya Olimpiya Assosiasiyası Bakıda Avropa Oyunlarına 160 atlet göndərəcək ki, bu da, ötən il Soçi Olimpiya Oyunlarına göndərilən idmançıların sayından üç dəfə çoxdur, deyə, sayt yazır.

Missiyanın ilk Avropa Oyunlarındakı rəhbəri Mark İnqlandın sözlərinə görə, komandannın nəqliyyat xərclərinin böyük hissəsi təşkilatçılar, yəni Azərbaycan tərəfindən ödəniləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri