27 
Fev
2015
16:34
28
62
1431
Virtual karabakh

Keti Teylor “Bakı-2015”-in idman elçisi oldu

27 Fev, 2015
16:34
1431

Keti Teylor “Bakı-2015”-in idman elçisi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onun Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm”.

Bakı-2015 Avropa Oyunları bu gün irlandiyalı boksçu Keti Teyloru tarixdə ilk dəfə bu yay keçiriləcək yarışın beynəlxalq idman elçisi elan edib. 

Oxu.Az xəbər verir ki, London-2012 Olimpiya oyunlarında qızıl medal qazanmış xanım Teylor həmçinin 60 kq çəki kateqoriyasında hazırkı İrlandiya və dünya çempionudur.  

Onun mühüm çempionatlarda qazanmış olduğu medallar siyahısına Olimpiya çempionu olmaqla yanaşı, beş ardıcıl dünya çempionu, altı ardıcıl Avropa çempionu və beş Avropa İttifaqı qızıl medalı olmaqla 17 qızıl medal daxildir və Teylor qadın boksu tarixində ən çox medal qazanmış idmançı hesab edilir. 

Bakı 2015-in əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleq deyib: “Keti-ni beynəlxalq idman elçisi qismində Bakıda salamlamaq mənim üçün çox xoşdur. Onun kimi dünya miqyaslı bir çempionun ilk Avropa Oyunlarını dəstəkləməsi tədbir üçün böyük bir üstünlükdür və bu yay keçiriləcək yarışların yüksək səviyyəsindən xəbər verir. 

“Mən Keti-nin idman elçisi qismində Oyunları İrlandiyada böyük məmnuniyyətlə təşviq edəcəyindən əminəm və onun iyun ayında Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm”. 

Bakı 2015-in idman elçiləri həm yarışdıqları idman növünü təmsil edəcəklər, həm də Avropa Oyunlarının təşviqi məqsədilə bütövlükdə qitə üzrə və sosial mediada marketinq kampaniyalarında iştirak edəcəklər. 

İrlandiya Respublikasının milli qadın futbol komandasını da təmsil edən 28 yaşlı xanım Teylor bildirdi: “Bakı 2015 Oyunları Avropa idmanı üçün gözəl bir irəliləyişdir və mən həm idman elçisi, həm də yarışçı olaraq burada iştirak etdiyim üçün çox məmnunam. Oyunlar haqqında məlumatlılığın artırılması və bu haqda mümkün qədər daha çox insanın xəbər tutması üçün əlimdən gələni edəcəyəm”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri