30 
Mar
2015
21:37
33
155
5321
Virtual karabakh

Azərbaycanda futbolçuların yeməyindən ölü siçan çıxdı

30 Mar, 2015
21:37
5321

Azərbaycanda futbolçuların yeməyindən ölü siçan çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib.

“Kəpəz” futbolçuları gözlənilməz hadisə ilə üzləşib. 

Oxu.Az sportal.az-a istinadən xəbər verir ki, komandanın bazasında qalan futbolçular bazanın yeməkxanasında biabırçı halla üzləşib.

Futbolçularının birinin yeməyindən ölü siçan çıxıb. Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Bunlardan birinin Ramil Haşımzadə olduğunu öyrənsək də, digər 3-nün adı məlum deyil.

Məlumatda klubunun bazasında qalan futbolçular üçün heç bir şəraiti olmadığı və mətbəxdə insanlardan çox siçanların olduğu, yeməklərin isə bərbad vəziyyətdə olduğu bildirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri