30 
Mar
2015
21:42
122
15
2682
Virtual karabakh

Azərbaycan millisi Avropa kuboku yarışlarının qalibi oldu

30 Mar, 2015
21:42
2682

Azərbaycan millisi Avropa kuboku yarışlarının qalibi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yarışda 25 ölkədən 416 idmançı mübarizə aparıb.

İtaliyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycan millisi ümumi komanda hesabında birinci olub.

Oxu.Az xəbər verir ki, tamaşaçılar 60 kiloqram çəki dərəcəsində Azərbaycan finalına şahid olublar. Belə ki, Davud Məmmədov Rüfət Tağızadəyə qalib gələrək turnirin qalibi adını qazanıb.

Digər cüdoçularımızdan Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov (90 kq), Cəlil Şükürov (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Elbrus Zamanov (60 kq) və Hidayət Heydərov (66 kq) bürünc medal qazanıblar.

İyirmi beş ölkədən 416 cüdoçunun mübarizə apardığı yarışda İtaliya millisi ikinci, Rumıniya kollektivi isə üçüncü pillədə qərarlaşıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri