25 
Apr
2015
16:34
47
142
4179
Virtual karabakh

Atletlər kəndində 7 mindən artıq idmançının qalması üçün bütün şərait yaradılıb

25 Apr, 2015
16:34
4179

Atletlər kəndində 7 mindən artıq idmançının qalması üçün bütün şərait yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk Avropa Oyunlarının başlamasına 48 gün qalır.

İlk Avropa Oyunları zamanı Bakıya gələn idmançıların və məşqçilərin qalması üçün tikilən Atletlər kəndi paytaxtın şimal-qərb hissəsində, Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenasından bir qədər aralıda yerləşir.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, kompleks 10-15 mərtəbəli 13 əsas binadan ibarətdir. Bu binalarda 1042 mənzil var və ən kiçik mənzildə 3, ən böyük mənzildə isə 5 yataq otağı yerləşir. Buna əsasən demək olar ki, bir mənzildə minimum 6, maksimum 10 atlet qala bilər. Burada 7 min 878 atletin qalması üçün bütün şərait yaradılıb və artıq atletlərin qalacaqları mənzillər tam hazırdır.

Hər bir mənzildə ayrıca yemək və istirahət otaqlarından əlavə kənddə 3 böyük yeməkxana və istirahət mərkəzləri də fəaliyyət göstərəcək. Hazırda istirahət mərkəzlərində və yeməkxanalarda son tamamlanma işləri gedir. Atletlər kəndində hər binada ayrıca camaşırxana da fəaliyyət göstərəcək ki, idmançılar burada camaşır və quru təmizləmə xidmətlərindən istifadə edəcəklər.

Kənddə, həmçinin idmançılar üçün basketbol, futbol və tennis stadionları da tam hazırdır.

Burada idmançıların yarışların keçiriləcəyi məkana getmələri də nəzərə alınaraq böyük avtobus dayanacağı inşa edilib. Artıq atletlərin qalacaqları mənzildə qeydiyyatı da başa çatmaq üzrədir.

Atletlər iyun ayının 3-dən başlayaraq Bakıya gələcəklər və iyulun 1-də son atlet öz ölkəsinə dönəcək.

Qeyd edək ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 48 gün qalır. Oyunlarda 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri