25 
Apr
2015
23:55
161
26
6233
Virtual karabakh

“Qarabağ” “Neftçi”yə qalib gəldi – VİDEO

25 Apr, 2015
23:55
6233

“Qarabağ” “Neftçi”yə qalib gəldi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdamlılar çempionluq üçün iki qələbə qazanmalıdırlar.

Bu gün Topaz Premyer-liqasında 31-ci turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, turun mərkəzi oyununda “Qarabağ” gərgin və maraqlı mübarizədə 3:2 hesabı ilə “Neftçi”yə qalib gəlib.

“Qarabağ” oyunun gedişində Muarem Muarem və Cavid Tağıyevin müvafiq olaraq, 15 və 29-cu dəqiqələrdə vurduğu qollar sayəsində 2:0 hesabı ilə öndə olub.

32-ci dəqiqədə Araz Abdullayev kəskin küncdən güclü zərbə ilə hesab arasındakı fərqi azaldıb.

İkinci taymda Nikolas Kanales 59-cu dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib.

Qələbə qolunu 69-cu dəqiqədə fərqlənmiş Leroy Corc vurub.

75-ci dəqiqədə “Neftçi”nin iki sarı vərəqə almış futbolçusu Karlos Kardoso meydandan kənarlaşdırılıb. 

Oyundan fraqmentləri təqdim edirik:

“Qarabağ” ən yaxın izləyicisi “İnter”i 10 xal qabaqlayır. Ağdamlıar ikinci dəfə ölkə çempionu olmaq üçün ardıcıl  iki qələbə qazanmalıdırlar.

31-ci turun digər matçlarının nəticələri:

“Xəzər-Lənkəran” – “Qəbələ” – 0:1, “Sumqayıt” – “Simurq” – 1:0, “İnter” – AZAL – 2:0.

Turnir cədvəli

1. “Qarabağ” - 63 xal (28 oyun)
2. “İnter”  - 53 (27)
3. “Neftçi” - 46 (28)
4. “Qəbələ” - 46 (28)
5. “Simurq” - 35 (28)
6. AZAL – 32 (28)
7. “Xəzər-Lənkəran” - 27 (27)
8. “Sumqayıt” - 24 (27)
9. “Bakı” - 13 (27) 

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri