20 
Sen
2017
03:21
150
53
21429
Virtual karabakh

Messi "Barselona" - "Eybar" matçında poker etdi – VİDEO

20 Sen, 2017
03:21
21429

Messi "Barselona" - "Eybar" matçında poker etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Barselona" futbol üzrə İspaniya çempionatının V turunda "Eybar"ı darmadağın edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya komandasının heyətində Lionel Messi poker edib, digər iki qolu Denis Suares və Paulinyo vurub. Qonaqların yeganə qoluna Serxi Enriç imza atıb.

"Barselona" bu qələbədən sonra xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinə liderliyini davam etdirir. "Eybar" 6 xal ilə 13-cü mövqedə qərarlaşıb.

İspaniya - Primyera. 5-ci tur

"Barselona" – "Eybar" - 6:1

1:0 – Messi – 20 (pen), 2:0 – Paulinyo – 38, 3:0 – Suares – 53, 3:1 – Enriç – 57, 4:1 – Messi – 59, 5:1 – Messi – 62, 6:1 – Messi – 87.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri