22 
May
2015
15:12
33
37
1604
Virtual karabakh

Avropa Oyunlarının Əməliyyat Komitəsi Nəqliyyat Nazirliyi ilə əməkdaşlığından danışdı

22 May, 2015
15:12
1604

Avropa Oyunlarının Əməliyyat Komitəsi Nəqliyyat Nazirliyi ilə əməkdaşlığından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Görülən işlər xüsusi əhəmiyyətə malikdir”.

İyunun 12-də start götürəcək Avropa Oyunlarından əvvəl, Bakı 2015 Bakıda sürücülər və piyadalar üçün yol hərəkəti təhlükəsizliyini təbliğ etmək məqsədilə, Nəqliyyat Nazirliyinin yeni təşəbbüsünü dəstəklədiyini bəyan edir.

Oxu.Az xəbər verir ki, yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq məqsədi daşıyan kampaniya, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün təşkil olunur. 

Bu kampaniya sürücüləri və piyadaları mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, sürücüləri xüsusi olaraq sürət həddini aşmaqdan, nəqliyyat vasitəsini aqressiv idarə etməkdən yayınmağa və təhlükəsizlik kəmərini bağlamağa həvəsləndirmək məqsədi daşıyır. Piyadalara isə, yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğu xatırladılır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bu yeni təşəbbüsə dəstəyini şərh edən BAOƏK-in Nəqliyyat şöbəsinin direktoru cənab Panayotis Protopsaltis qeyd edib: 

“Biz, Nəqliyyat Nazirliyinin Bakıda yol təhlükəsizliyini təbliğ etmək üçün irəli sürdüyü yeni təşəbbüsünü dəstəkləyirik və sürücülər və piyadalar arasında yollarda təhlükəsiz hərəkət barədə məlumatlılığı artırmaq məqsədilə Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edəcəyimizə ümid edirik”. 

Nəqliyyat Nazirinin müavini Musa Pənahov isə qeyd edib:  “Bakı 2015 İlk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Bakı şəhərinin yol-nəqliyyat infrastrukturu əsaslı surətdə təkmilləşdirilib. Yeni tikilmiş və təmir olunmuş yollar, yeni alınmış nəqliyyat vasitələri idmançıların, rəsmi heyətlərin və tamaşaçıların rahat və təhlükəsiz daşınmasına şərait yaratmaqla yanaşı, Bakı şəhərinə bir miras olaraq qalacaq və şəhərimizə xidmət edəcəkdir. Görülən işlər çərçivəsində yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və yol hərəkəti təhlükəsizliyinin təbliği baxımından Nəqliyyat Nazirliyivə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən birgə həyata keçirilən Nəqliyyat Kommunikasiya Kampaniyası xüsusi əhəmiyyətə malikdir”.

Kampaniya çərçivəsində, yol hərəkəti təhlükəsizliyi haqqında social çarxlar da hazırlanmışdır və bu çarxlar milli televiziya kanalları tərəfindən də nümayiş etdirilir. Bu videolar, eyni zamanda, Bakıdakı avtobus dayanacaqlarında və şəhərdə quraşdırılmış böyük monitorlarda da göstərilir. 

Əlavə olaraq, kampaniyanı təbliğ edən afişalar şəhərdəki reklam lövhələrinə və avtobus dayanacaqlarına yerləşdirilir və Facebook social şəbəkəsində də paylaşılır.

Bununla yanaşı, Bakının müxtəlif ərazilərində yol hərəkəti təhlükəsizliyini təbliğ edən komandalar kampaniyaya cəlb olunmuşdur ki, onlar sürücülər və piyadalarla söhbətləşərək onları yollarda daha təhlükəsiz olmağa çağırır və yol təhlükəsizliyinin bütün məqamları haqqında məlumatlandırır.

Nəqliyyat Nazirliyi, tamaşaçıları Oyunlar zamanı idman arenalarına gedərkən şəxsi avtomobillər əvəzinə şəhər boyunca fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətlərindən istifadə etməyə çağırır. 

Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internetsəhifələri;

-  Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri