24 
May
2015
21:38
74
26
3133
Virtual karabakh

Atletlər kəndində Avropa Oyunlarının iştirakçılarının bayraqları qaldırıldı – FOTO

24 May, 2015
21:38
3133

Atletlər kəndində Avropa Oyunlarının iştirakçılarının bayraqları qaldırıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nümayəndə heyətləri Bakıya iyunun 3-dən gəlməyə başlayacaqlar.

Bakıda Atletlər kəndində 2015-ci il Avropa Oyunlarında iştirak edəcək ölkələrin bayraqları qaldırılmağa başlayıb. 

Oxu.Az xəbər verir ki, xarici nümayəndə heyətləri Bakıya iyunun 3-dən gəlməyə başlayacaqlar.

Atletlər kəndinin açılışı isə iyunun 8-nə planlaşdırılıb.

İdmançıların salamlama mərasimi 11 iyun saat 18:00-da baş tutacaq.

Məlum olduğu kimi, Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də baş tutacaq. Mərasimdə 26 dövlət və hökumət başçısı, 35 idman nazirinin iştirakı gözlənilir.

Avropa Oyunları çərçivəsində ilk yarışlar iyunun 12-də başlayacaq. Sinxron üzgüçülük və vaterpolçular mübarizəyə start verəcəklər.

İlk model dəsti mauntinbayk üzrə iyunun 13-də oynanılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri