30 
May
2015
10:35
106
13
6715
Virtual karabakh

Fiqu: FİFA uduzdu, amma ondan əvvəl futbol uduzdu

30 May, 2015
10:35
6715

Fiqu: FİFA uduzdu, amma ondan əvvəl futbol uduzdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Sürixdə daha bir qara gün oldu”.

FİFA-nın prezidenti postuna namizədliyini geri götürən Portuqaliya yığmasının, “Barselona” və “Real”ın keçmiş oyunçusu Luiş Fiqu, cari prezident Yozef Blatterin bu vəzifəyə yenidən seçilməsini şərh edib.

Oxu.Az bu barədə Qazeta.ru-ya istinadən xəbər verir.  

“Bu gün Sürixdə daha bir qara gün oldu. FİFA uduzdu, amma ondan əvvəl futbol və bu oyunun həqiqətən qayğısına qalanlar uduzdu. Əgər Blatteri futbol heç olmasa bir azca da narahat etsəydi, o yenidən seçilməkdən imtina edərdi. Əgər onun bir qədər düzgünlüyü varsa, o, yaxın bir neçə gün ərzində istefa verəcək”, - BBC Fiqunun sözlərindən sitat gətirib.

Xatırladaq ki, FİFA-nın cari prezidenti Yozef Blatter təşkilatın rəhbəri vəzifəsinə onun rəqibi İordaniya şahzadəsi Əli ben əl-Hüseynin səsvermənin ikinci turunda iştirak etməkdən etirazından sonra seçilib.

Birinci raundda isveçrəli əl-Hüseynin 73 səsinə qarşı 133 səs qazanıb. Daha üç bülleten isə etibarsız hesab edilib.

Əlavə edək ki, Blatter Beynəlxalq Futbol Federasiyasına 1998-ci ildən rəhbərlik edir. Budəfəki prezidentlik müddəti onun üçün artıq beşincidir.

Bundan başqa, səsvermədən sonra FİFA-nın baş katibi, 2018-ci il DÇ-nın Rusiyada keçiriləcəyini təsdiqləyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri