12 
İyn
2015
17:17
221
38
15819
Virtual karabakh

Dünya estradasının ulduzları “Bakı-2015”in açılışında iştirak edəcəklər

12 İyn, 2015
17:17
15819

Dünya estradasının ulduzları “Bakı-2015”in açılışında iştirak edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecənin aparıcısı Ornella Mutti olacaq.

Lady Gaga, Ornella Mutti və digər ulduzlar bu gün Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimində çıxış edəcəklər, Oxu.Az Sputnik.Az-a istinadən xəbər verir. 

Açılışda dünya musiqi ulduzu Lady Gaga konsert proqramı ilə çıxış edəcək.

Gecənin aparıcısı Ornella Mutti olacaq. Ulduzlar açılış mərasimində iştirak etmələri barədə məlumatı öz “İnstagram” səhifələrində yazıblar. 

Azərbaycanlı məşhurlardan səhnəyə xalq artisti Alim Qasımov, Azərbaycanın “Eurovision” təmsilçisi Elnur Hüseynov çıxacaq. Mərasimin başqa iştirakçıları barədə məlumat verilmir. 

Ehtimal olunur ki, mərasimdə Adele, Riki Martin və Madonna da çıxış edəcək. 

Lakin Oyunların mətbuat xidməti bu məlumatı şərh etməyib.

Müğənni Lady Gaga “İnstagram” səhifəsində şəklini paylaşaraq öz fanatlarına “mən haradayam?” deyə müraciət edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri