12 
İyn
2015
22:34
444
37
4901
Virtual karabakh

Mehriban Əliyeva: Qoy tanrı Azərbaycanı hər zaman qorusun!

12 İyn, 2015
22:34
4901

Mehriban Əliyeva: Qoy tanrı Azərbaycanı hər zaman qorusun!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci xanım Avropa Oyunlarının açılış mərasimində iştirak etdi.

Əziz həmvətənlər, birinci Avorpa Oyunlarının açılış mərasimi münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimində çıxışı zamanı bildirib.

Bu il biz Avropa Oyunlarını qəbul edirik. 2017-ci ildə biz İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Bu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu göstərir. Müstəqil dövlət kimi biz gəncik. Cəmi 24 yaşımız var. 

Lakin son 24 il ərzində Azərbaycan sürətlə inkişaf edir. Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür idman tədbirlərini keçirməyə imkan yaradır. İşə sadiqliyimiz və yorulmaz fəaliyyət sahəsində bu oyunları cəmi 2 il ərzində hazırladıq. 

Mən oyunları reallığa çevirmək üçün böyük səylə və sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm. Mən həmçinin bütün beynəlxalq tərəfdaşlarımıza bir çox yerli və xarici könüllülərə minnətdarlığımı bildirmək istəyirəm.

Komandamız qarşılıqlı əməkdaşlığın anlaşma və dostluğun bariz nümunəsidir.

Bu axşam biz Avropanın 6000 ən yaxşı atletini ölkəmizdə salamlayırıq.

Hörmətli atletlər, bu oyunlar sizin üçündür, siz ilk iştirakçısınız. Siz, Avropa Oyunlarının ilk çempionatları olacaqsınız. 

Bakı 17 gün ərzində sizin evinizdən uzaqda ikinci doğma eviniz olacaq.

Bu axşam mən xalqımla əldə etdiyimiz bütün nailiyyətlərdən fərəh və iftixar hissi duyuram.

Bu oyunlara qəlbən bağlandığınıza görə təşəkkür edirəm.

Avropa oyunlarının atletləri əziz qonaqlar, xanımlar və cənablar, sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmişsiniz.

Bu möhtəşəm bayram müstəqil Azərbaycanın hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimi uğur və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, bu səhifəni Azərbaycan xalqı yazır. 

Qoy tanrı Azərbaycanı hər zaman qorusun”, - deyə, Birinci xanım bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri