13 
İyn
2015
23:52
863
138
29169
Virtual karabakh

Çunayevdən İlham Əliyevə əsgər salamı – VİDEO

13 İyn, 2015
23:52
29169

Çunayevdən İlham Əliyevə əsgər salamı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güləşçi azarkeşlərə unudulmaz anlar yaşadıb.

Azərbaycanın güləş yığması Avropa Oyunlarında aktivinə ilk qızıl medal yazdırıb.

Oxu.Az xəbər verir ki, APA TV-nin xəbərinə görə, Yunan-Roma yarışlarında 71 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rəsul Çunayev final görüşündə macarıstanlı Balint Korpasi üzərində 4:2 hesabı ilə qələbə qazanıb. 

Çunayev bu qələbə ilə öz çəki dərəcəsində rəqib tanımadığını bir daha isbatlayıb.

Görüşü qələbə ilə başa çatdırdıqdan sonra Rəsul Çunayev Heydər Əliyev adına İdman Arenasına toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. 

Azərbaycan bayrağı ilə arenada dövrə vuran güləşçimiz daha sonra bayrağa bürünərək, əsgər salamı verib. 

Çunayevin bu jesti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri