12 
Dek
2023
14:14
183
19
3921
Virtual karabakh

Ərdoğan döyülən türkiyəli referi ilə telefonla danışdı - FOTO/VİDEO

12 Dek, 2023
14:14
3921

Ərdoğan döyülən türkiyəli referi ilə telefonla danışdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” futbol klubunun prezidenti tərəfindən döyülən hakim Halil Umut Melerlə telefonla danışıb.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.

Ali Yerlikaya Superliqada oynanılan “Ankaragücü”- “Çaykur Rizəspor” matçından sonra “Ankaragücü”nün prezidenti Faruk Koca və digər şəxslərin hücumuna məruz qalan hakim Halil Umut Meleri müalicə aldığı xəstəxanada ziyarət edib. Ziyarət əsnasında Rəcəb Tayyib Ərdoğan döyülən hakimlə telefonda söhbət edib və ona tezliklə sağalmasını diləyib.

“Matçın ardından hakimimiz Halil Umut Melerə qarşı edilən zorakılıq hamımızın reaksiyasına səbəb oldu. Şiddətlə qınayıram. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhlükəsizlik İdarəsi tərəfindən lazımi tədbirlər görülüb.

Mən indicə hörmətli hakimimizə baş çəkdim və tezliklə sağalmasını arzuladım. Matçda iştirak edən dostlarına, onların timsalında Türkiyədə çalışan bütün hakimlərə diləklərimi çatdırdım. İstəyimiz odur ki, bir daha idmanda heç bir şəkildə zorakılıq yaşanmasın.

Hörmətli prezidentimiz hakimimizi ziyarət etdiyim əsnada onunla telefonla danışdı. Ona tezliklə sağalmasını arzu etdi. Hadisəni qınadığını, prosesləri anbaan izlədiyini qeyd etdi. Hörmətli baş həkimimizdən də vəziyyətlə bağlı məlumat aldı”, - deyə Ali Yerlikaya paylaşımında qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri