23 
İyn
2015
17:54
97
30
2816
Virtual karabakh

Avropa Oyunları haqqında film çəkilir

23 İyn, 2015
17:54
2816

Avropa Oyunları haqqında film çəkilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filmin rejissoru Natalya Zavoznenkodur.

Bakıda keçirilən I Avropa Oyunları haqqında Rusiya kinematoqrafçılarının iştirakı ilə "Bakı-Avropa Oyunları 2015" adlı tammetrajlı sənədli film çəkilir.

Oxu.Az xəbər verir ki, ölkəmizdə yüksək səviyyədə təşkil olunan ilk Avropa Oyunları ilə yanaşı, filmdə Azərbaycanda qədim tarixi ənənələrə malik olan milli idman növlərinin yaranma tarixindən, inkişafından, xalqımızın həyat və məişətindəki mühüm yerindən də bəhs ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin "Dublyaj" studiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi Sergey Şaçin və rejissoru Natalya Zavoznenko idman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifləridirlər. 

Filmin operatorları Asif Qəhrəmanov, Allahverdi Şahqulubəyov, İvan Germanov, Aleksandr Koçubeydir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri