20 
Sen
2017
20:25
470
180
19168
Virtual karabakh

Avropa Liqasının final matçı Bakıda keçiriləcək – YENİLƏNİB

20 Sen, 2017
20:25
19168

Avropa Liqasının final matçı Bakıda keçiriləcək – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA 2018-2019 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final matçlarının məkanlarını və tarixlərini açıqlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu il iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda təşkil olunacaq. Avroliqanın həlledici görüşü isə bundan üç gün tez - mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Qeyd edək ki, UEFA Super Kuboku uğrunda görüş bu iki turnirin qalibləri arasında 2019-cu ilin avqustunda Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da keçiriləcək.

19:30

2019-cu ildə Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, müvafiq qərar UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Çempionlar Liqasının finalı isə Madridin “Vanda Metropolitano” stadionunda baş tutacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri