İyl
2015
22:51
15
309
9705
Virtual karabakh

Gürcü klubu Azərbaycan bayrağının təhqir edilməsindən yazdı

3 İyl, 2015
22:51
9705

Gürcü klubu Azərbaycan bayrağının təhqir edilməsindən yazdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hadisə oyundan stadiondan kənarda baş verib”.

Gürcüstanın “Dinamo” futbol klubu “Qəbələ” ilə oyundan sonra Azərbaycan bayrağının təhqir edilməsindən təəssüfləndiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

“İlk növbədə qeyd etmək istəyirik ki, klub tam şəkildə dünən baş verən hadisədən peşmançılıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. Dünənki hadisə zamanı fiziki təzyiq və daha sonra Gürcüstanın dostu olan ölkənin dövlət simvolikasının təhqirinə yol verildi. 

Hadisə oyundan sonra “Dinamo Arena”dan kənarda baş verib və müvafiq olaraq – Dinamo Tbilisi, təşkilatçi kimi, bu fakt üzrə cavabdehliyi öz üzərinə götürə bilməz. 
İkinci yarusda olan banerlərdən birinə gəldikdə isə, onun haqqında stadionun təhlükəsizlik xidməti operativ tədbirlər gördü və bu banerin tribunalardan uzaqlaşdırılması baş verdi. 

Qeyd etmək istəyirik ki, oyunun rəsmi proqramında biz dəfələrlə qeyd etdik ki, Dinamo tarixində Azərbaycan futbolunun böyük dəyəri var və qonşu ölkənin komandası ilə rəqabət bizim üçün yüksək dərəcədə böyük şərəfdir. 

Ümid edirik ki, oxşar faktlar iki dost ölkənin münasibətlərinə və onların idman keçmişinə, hazırki dövrünə və gələcəyinə maniəçilik törətməyəcək”,- məlumatda bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri