29 
Mar
2024
12:28
94
14
1184
Virtual karabakh

Xabi Alonso “Bayer 04”də qala bilər

29 Mar, 2024
12:28
1184

Xabi Alonso “Bayer 04”də qala bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bayer 04”ün baş məşqçisi Xabi Alonso Leverkuzen komandasının baş məşqçisi postunda qala bilər.

Bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.

Bundan əvvəl mediada “Bavariya”nın Alonsonu heyətinə cəlb etmək üçün var gücü ilə çalışdığı barədə məlumatlar yayılmışdı. Həmçinin bildirilirdi ki, son həftələrdə ispaniyalı mütəxəssis “Bavariya”ya keçmək variantını daha dərindən düşünməyə başlayıb.

Xatırladaq ki, Xabi Alonso 2022-ci ildən Leverkuzen “Bayer 04”ünə rəhbərlik edir. Bu mövsüm Almaniya çempionatında 26 turdan sonra ispan mütəxəssisin rəhbərliyi altında “Bayer 04” 70 xalla turnir cədvəlinə başçılıq edir. “Bavariya” ikinci yerdədir. Münhen klubunun 60 xalı var.

Mənbə: championat

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri