29 
Mar
2024
18:12
86
9
807
Virtual karabakh

Bakıda 33 ölkənin komandası mübarizə aparacaq

29 Mar, 2024
18:12
807

Bakıda 33 ölkənin komandası mübarizə aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Ən çox iştirakçı yunan-Roma güləşində olacaq. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq. Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

Biletlərin “iTicket” vasitəsilə satışı sürətlə davam edir. Artıq satışa çıxarılan biletlərin 1/3-i satılıb. Biletləri bu şirkətin satış məntəqələrindən və ya iticket.az saytından onlayn qaydada əldə etmək mümkündür.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə iki güləşçi Parisə - Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri