24 
İyl
2015
12:40
34
118
13679
Virtual karabakh

Azərbaycanlı və ukraynalı rinqdən kənarda əlbəyaxa oldular

24 İyl, 2015
12:40
13679

Azərbaycanlı və ukraynalı rinqdən kənarda əlbəyaxa oldular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Emosional qarşılaşma turnirin əsas hadisəsinin fonunda baş verib.

Krasnodarda Tech-KREP FC: PRIME SELECTION seriyasından olan turnirin dördüncü mərhələsində rəsmi çəki ölçmə mərasimi zamanı 84 kq-a qədər çəki kateqoriyasının iştirakçıları ukraynalı Artyom Şokalo ilə azərbaycanlı Bəxtiyar Abbasov ənənəvi baxış dueli zamanı gərginliyə dözməyərək toqquşublar. 

Oxu.Az stadium.ru-ya istinadən xəbər verir ki, söz savaşından sonra ukraynalı idmançı azərbaycanlı rəqibini sinəsindən itələyib. Bu da iki döyüşçü arasında münaqişəyə səbəb olub.

Onları turnirin promouteri Aleksey Yatsenko aralaya və rinqdən kənarda davanın qarşısını ala bilib. 

Emosional qarşılaşma turnirin əsas hadisəsinin fonunda – GEFC versiyası üzrə dünya çempionu rusiyalı Denis Qoltsovun və kəmərə namizəd ingilis Ceyms Maskvinin Krasnodarda iyulun 24-də keçiriləcək görüşünün fonunda baş verib.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri