17 
Apr
2024
20:08
124
6
649
Virtual karabakh

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 Apr, 2024
20:08
649

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarış aprelin 23-dən 26-dək olacaq.

Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda keçiriləcək turnir müvafiq yığmalara seçim xarakteri daşıyır. İlk iki gündə sərbəst, növbəti iki gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri