29 
İyl
2015
14:18
551
33
38435
Virtual karabakh

Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəyə diz çökdürdü – VİDEO

29 İyl, 2015
14:18
38435

Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəyə diz çökdürdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qələbəmi şəhid olan əsgər qardaşlarıma həsr edirəm”.

25-26 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən kungq-fu sanda üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub.

Oxu.Az ATV.az-a istinadən xəbər verir ki, 80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək finala çıxıb.

Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni  rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nokauta salıb.

ATV.az-a açıqlamasında Babək bildirib: 

“Bu qələbəni canım vətənim, millətim adına aldığına görə çox sevincliyəm. Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm”.

Xatırladaq ki, Babək məşhur məşqçi Ruslan Rzayevin yetirməsidir. Həmin döyüşün videosunu təqdim edirik.

E.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri