18 
Apr
2024
01:12
129
34
2807
yuxarı
Çempionlar Liqası: “Bavariya” yarımfinalda - VİDEO
18 Apr, 2024
01:12
2807
129
34
Çempionlar Liqası: “Bavariya” yarımfinalda - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, “Bavariya” - “Arsenal” matçının nəticəsini bir qol müəyyən edib.
Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə “Alyans Arena”da aydınlıq gətiriblər.
Doğma meydanda daha üstün olan “alman maşını” 63-cü dəqiqədə Kimmixin qolu ilə sevinib - 1:0 (3:2).
Qeyd edək ki, “Bavariya” gecənin digər cütü - “Mançetser Siti” və “Real Madrid” duelinin qalibi ilə yarımfinalda rəqib olacaq. Digər yarımfinalda isə PSJ və “Borussiya” qarşılaşacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək