18 
Apr
2024
09:20
16
68
946
yuxarı
İddiaçılar Turniri: Nicat Abasov Firuzcaya uduzub
18 Apr, 2024
09:20
946
16
68
İddiaçılar Turniri: Nicat Abasov Firuzcaya uduzub
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, 28 yaşlı qrosmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib. Abasov qara fiqurlarla oynayıb. O, hazırda üç xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Firuzca isə 4,5 xalla yeddincidir.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. Səkkiz şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrosmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
1 
May
2024
01:18
Çempionlar Liqası: “Bavariya” - “Real” matçında qalib müəyyənləşmədi - VİDEO
71
15
2886
30 
Apr
2024
19:24
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
192
12
1236