18 
Apr
2024
23:54
57
16
1999
Virtual karabakh

Konfrans Liqası: İlk yarımfinalçılar bəlli oldular - VİDEO

18 Apr, 2024
23:54
1999

Konfrans Liqası: İlk yarımfinalçılar bəlli oldular - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA konfrans Liqasında 1/4 finalın cavab görüşlərinə start verilib.

Artıq iki qarşılaşma başa çatıb.

“Fiorentina” (İtaliya) “Viktoriya”nı (Plzen, Çexiya) yenərək yarımfinala vəsiqə qazanıb. İlk görüşdə, eləcə də cavab matçının əsas vaxtında qapılara qol vurulmayıb. Oyunun 67-ci dəqiqəsində çexlər azlıqda qalıblar. Əlavə vaxtda isə italyanlar say üstünlüyündən yararlanaraq iki top vurub və 1/2 finalda oynamaq hüququ qazanıblar - 2:0.

Digər matçda “Lill” (Fransa) “Aston Villa”nı (İngiltərə) qəbul edib. İlk görüşdə olduğu kimi, cavab oyununun əsas vaxtında da 2:1 (3:3) hesabı qeydə alınıb. Əlavə vaxtda qalibi müəyyən etmək mümkün olmayıb. Penaltilərdə isə ingilislər daha dəqiq olmaqla adlarını yarımfinala yazdırıblar - 3:4.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri