19 
Apr
2024
01:08
65
14
3689
Virtual karabakh

Avroliqa: “Milan” və “Liverpul”dan vida, “Bayer” tarix yazdı - VİDEO

19 Apr, 2024
01:08
3689

Avroliqa: “Milan” və “Liverpul”dan vida, “Bayer” tarix yazdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Evdə minimal hesabla (0:1) “Roma”ya uduzan “Milan” səfərdə də məğlub olaraq turnirlə vidalaşıb - 2:1 (3:1).

44 ardıcıl oyunda uduzmayan Leverkuzen “Bayer”i 21-ci əsrdə ən uzun məğlubiyyətsizlik seriyasının müəllifi kimi adını futbol tarixinə yazdırıb. Evdə “Vest Hem”i 2:0 məğlub edən Xabi Alonsonun yetirmələri səfərdə 1:1 hesablı heç-heçə ilə mərhələ adlayıblar (1:3).

“Liverpul”a “Enfild”də böyük hesabla (0:3) qalib gələrək sensasiyaya imza atan “Atalanta” doğma azarkeşləri önündə uduzsa da, yarımfinalda oynamaq hüququ qazanıb - 0:1 (3:1).

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri